Gənclər

Gəncə Gənclər üçün yeni imkanlar yaradır. Gəncə Gənclərinin səsi yüksək zirvələrdən gəlir.

Mədəniyyət

Gəncə zəngin mədəniyyət ocağı, Nizami və Məhsəti Gəncəvi kimi incilərin torpağıdır.

Ana səhifə » Turizm

Turizm

Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən biiridir .Gəncənin yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, zəngin filiz yatağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir.

Gəncənin də daxil olduğu Albaniya ərazisinin münbitliyi haqqında eramızın I əsrində yaşamış görkəmli coğrafiyaşünas Strabon yazırdı:

«Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir.Oradan axan Kür və onun qolları torpağın münbitliyini artırır. Üzüm tənəkləri heç vaxt toxa ilə üzülmür və hər beş ildən bir kəsilir. Yeni tənəklər artıq ikinci ildən bar gətirirlər, boy atmışları isə o qədər bar verirlər ki, onun çox hissəsi tənəyin üzərində qalır. Eyni ilə, onlarda həm ev, həm də vəhşi heyvanlar gözəl artıma malikdirlər.
Bu ölkə bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla çoxlu böyük və xırda balıqlar gətirir. O gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldur, zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır. Yırtıcı heyvanlar: aslanlar, qaplanlar, barslar, və çoxlu quşlar; qartallar, şahinlər və onlara oxşarlar da vardır.»