Ana səhifə » Təhsil » Universitetlər » Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı

Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı

AMI1
Ünvan: Gəncə şəhəri, C.Rəfibəyli küçəsi 57
Telefon: +994.22.264.24.44
Faks: +994.22.254.35.99
Rəhbərin adı: Ramiz Məmmədov
Rəhbərin email ünvanı: RamizMəmmədov(AT)mail.ru
Üzvlər: 775 nəfər

Ulu öndərimiz Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli  349 saylı sərəncamı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri Təsərrüfat hesablı Məişət Xidməti Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutu  Gəncə  filialı yaradılıb.

 Filialda 3 fakültıə, 7 kafedra fəaliyyət göstırir :

AMİ Gəncə filialının fakültələri :

  • Pedaqogika və filologiya fakültəsi
  • Pedaqogika fakültəsi
  • İxtisasartırma və yenidən hazırlanma fakültəsi

AMİ Gəncə filialının kafedraları :

  • Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası kafedrası
  • Riyaziyyat, informatika və onların tədrisi metodikası kafedrası
  • Ümumi elmi fənlər və onların tədrisi metodikası kafedrası
  • Təbiət və ictimai  fənlər  kafedrası
  • Mülki  müdafiə və tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrası
  • Pedaqogika və psixologiya kafedrası
  • Xarici dillər kafedrası

 Filialda 6 ixtisas üzrə mütəxəssis hazırlanır

  • İbtidai sinif müəllimliyi
  • Azərbaycan dili və ədəbiyyat müəllimliyi
  • Tarix və coğrafiya müəllimliyi
  • Riyaziyyat və  informatika  müəllimliyi
  • Təhsildə sosial psixaloji xidmət
  • Xarici dil( ingilis dili ) müəllimliyi

2001-ci ildən 2013-cü ilə kimi filialı müxtəlif ixtisaslar üzrə 2814 nəfər tələbə bitirmişdir. Onlardan 144 nəfəri fərqlənmə diplomu almışdır.

2008/2009-cu tədris ilindən başlayaraq filialda Boloniya prosesinə uyğun olaraq tədris kredit sistemi əsasında qurulmuşdur.

Filialda 1 nəfər elmlər doktoru, professor, 23 nəfər elmlər namizədi, dossentlər, 51 nəfər baş  müəllim, 7 nəfər müəllim çalışır.

Filialın əməkdaşlarından 1 nəfər əməkdar müəllim, 1 nəfər «Tərəqqi medal »,  4 nəfər «Qabaqcıl tədris işçisi»,  2 nəfər «Fəxri fərman»a layiq görülmüşdür.

AMİ Gəncə filialının geniş, zəngin  kitabxanası var.

İnstitutun tələbələri müxtəlif tipli yarışlarda, turnirlərdə iştirak ediblər. Tləbə Elmi Cəmiyyətinin xətti ilə 3 nəfər tələbə konfrans, 13 nəfər tələbə olimpiada  iştirakçısı olubdur.

İnstitutun auditoriya otaqları, kabinetləri müasir informasiya və kommunikasiya texnologiyaları  üzrə  avadanlıqlarla təchiz olunmuşdur.

İnstitutun böyük həyəti, istirahət guşəsi, qapalə, açıq meydançaları, tələbələrin, müəllimlərin ,valideynlərin ixtiyarına verilib.

Sosial və ictimai fəaliyyət

Cəmiyyətə ixtisaslı  müəllim hazırlamaq.  Dövlətçilik  ənənələrinə sadiq olan sosial-iqtisadi həyatda nümunəvi mövqe tutan, müasir türk dünyasının problemlərini öyrənən,  dövlətinə, xalqına xidmət  edən vətənpərvər  kadrlar yetişdirmək.

Professorlar

Məmmədov Ramiz  Musa  oğlu-Riyaziyyat  müəllimi,  fizika-riyaziyyat elmləri doktoru, professor