Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Təhsil

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami Gəncəvi

Ana səhifə » Təhsil » Kolleclər » Gəncə Musiqi Kolleci

Gəncə Musiqi Kolleci

1 1
Ünvan: Gəncə şəhəri, H.Əliyev pr.46
Telefon: +994.22.255.78.63
Faks: +994.22.255.78.63
Email: gencemusiqikolleci(AT)bk.ru
Rəhbərin adı: Gülçin Mizrəyeva
Rəhbərin email ünvanı: mirzayeva.gulçin(AT)mail.ru
Üzvlər: 726 nəfər

Gəncə Musiqi Kolleci 1929-cu ildə yaradılmışdır. Gəncə şəhəri Heydər Əliyev prospekti 46 ünvanda yerləşir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindədir.
Kollecdə təhsil əyani və qiyabi təhsil formasında həyata keçirilir.
Kollecdə 7 ixtisas üzrə orta ixtisas təhsilli kadr hazırlanır:

  • Musiqi müəllimliyi
  • İnstrumental ifaçılıq (fortepiano, skripka, klarnet, truba)
  • Xanəndəlik
  • Vokal sənəti
  • Xor dirijorluğu
  • Musiqi nəzəriyyəsi
  • Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, qarmon, kanon)

Kollecdə tələbə kontingentinin ümumi sayı 726 nəfərdir. Onlardan 625 nəfər əyani təhsil, 101 nəfər qiyabi təhsil üzrə oxuyur. Ödənişli əsaslarla təhsil alanların sayı 274 nəfərdir.
2012-ci ildə Gəncə Musiqi Kollecinə ümumi orta təhsil bazasından 7 ixtisasa, tam orta təhsil bazasından 5 ixtisasa Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən tələbə qəbulu aparılmışdır.

Əyani təhsil

  • Musiqi müəllimliyi 
  • İnstrumental ifaçılıq ,Fortepiano 
  • Xanəndəlik
  • Vokal sənəti
  • Xor dirijorluğu 
  • Musiqi nəzəriyyəsi 
  • Xalq çalğı alətləri 

Qiyabi təhsil

  • Musiqi müəllimliyi 
  • İnstrumental ifaçılıq ,Fortepiano 
  • Xor dirijorluğu
  • Musiqi nəzəriyyəsi 
  • Xalq çalğı alətləri 


Gəncə Musiqi Kollecində ideya-siyasi , vətənpərvərlik, əxlaqi və estetik tərbiyə üzrə iş hər il dərs ilinin əvvəlində Pedaqoji şurada təsdiq olunmuş vahid plan əsasında həyata keçirilir.
Tələbələrə ixtisasına dair yüksək bilik və bacarıq verməklə yanaşı onların vətənə layiqli vətəndaş kimi yetişməsi istiqamətdə daima tərbiyəvi işlər aparılır. Tələbələr torpağa bağlılıq, qorxmazlıq, mərdlik ruhunda tərbiyə alırlar.
Kollecdə təhsil alan gənclərin siyasi biliklərini yüksəltmək, onların dünya görüşünü formalaşdırmaq məqsədilə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrədilməsi və təbliği sayəsində ardıcıl və məqsədyönlü iş aparılır. Belə ki, kollecdə Heydər Əliyev guşəsi fəaliyyət göstərir. Hər il H.Əliyevin anadan olmasının il dönümünə həsr olunmuş bilik yarışmaları keçirilir.
Gəncə Musiqi Kollecində Tələbə Gənclərin asudə vaxtlarının səmərəli keçməsi, onların Vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi ilə Kollecdə tədbirlər planına əsasən bir çox tədbirlər keçirilmiş və onların əksəriyyəti Respublika və yerli televiziya ilə nümayiş etdirilmiş və mətbuatda geniş işıqlandırılmışdır.

Gəncə Musiqi Kollecində 2 Xor, Xalq çalğı alətləri orkestri, Qədim alətlər ansamblı, “ Gənc qığılcımlar” skripka çalanlar ansamblı,”Şur” xalq çalğı alətləri ansamblı, Vokal qrupu, Teatr studiyası kimi yaradıcı kollektivlər var.

  • 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir.
  • Xocalı soyqırımına həsr olunmuş musiqili-ədəbi gecə.
  • “ 8 Mart” Beynəlxalq qadınlar bayramı münasibətilə konsert.
  • “ Novruz” bayramı şənliyi.
  • “ 31 Mart” azərbaycanlıların soyqırımına həsr olunmuş konsert.
  • “ Qələbə bayramı” münasibətilə Böyük Vətən müharibəsi veteranı Qambay Verdiyevlə görüş.
  • H.Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş konsert.
  • H.Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş konsert. (Mingəcevir şəhər meydanında). 
  • Gənc müəllimlərin konserti.
  • I kurs tələbələrin Mir Cəlal Paşayevin ev muzeyinə ekskursiya.
  • Müəllim və tələbələrin Bakı şəhərinə H.Əliyev fondunun muzeyinə ekskursiya.
  • II-III kurs tələbələrinin Nizaminin məqbərəsinə ekskursiya.
  • 1 iyun “ Uşaq günü” münasibətilə şəhər Uşaq Evində tələbələrin konserti.
  • F.Şopen ilinə həsr olunmuş konsert mühazirə.
  • “Məzun – 2009” tədbiri
  • Tələbələrin yekun-hesabat konserti.
  • Milli musiqi gününə həsr olunmuş konsert.
  • Dövlət müstəqilliyi gününə həsr olunmuş təntənəli iclas və konsert. 
  • Texnikumun Skripka çalanlar ansamblının Mir Cəlal Paşayevin muzeyində konserti.
  • Xalq çalğı alətləri şöbəsi tələbələrinin F.Əmirovun ad gününə həsr olunmuş konserti.
  • Dünya azərbaycanlılarının həmrəylik gününə və “ Yeni il”ə həsr olunmuş tədbir. 
  • 20 yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş konfrans.
  • Gənclər günü münasibətilə Gənc Vətənpərvərlik Cəmiyyətinin iştirakı ilə mühazirə.
  • Xocalı soyqırımına həsr olunmuş musiqili-ədəbi gecə.
  • “8 Mart” Beynəlxalq qadınlar bayramı münasibətilə konsert.
  • Görkəmli şair Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş ədəbi gecə.
  • Azərbaycan Dövlət Opera və Balet teatrında F.Əmirovun “ Min bir gecə” baletinə tələbələrin baxışı.
  • Texnikumun“ Gənc qığılcımlar” skripka çalanlar ansamblının Bakı şəhərində Bülbül adına orta ixtisas musiqi məktəbində, Milli Konservatoriya nəzdində Musiqi Kollecində çıxışı.
  • Böyük Vətən Müharibəsi qələbəsinin 65 illiyinə həsr olunmuş konfrans.
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq və konsert.
  • Respublika gününə həsr olunmuş şəhər tədbirində - konsertdə texnikum tələbələrinin çıxışı.
  • Yeni Azərbaycan Partiyasının binasında şəhər ictimaiyyəti qarşısında 
  • “Milli qurtuluş” gününə həsr olunmuş konsert. 
  • Şəhərin kamera zalında Bəstəkar T.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş konsert-mühazirə.
  • “Məzun-2010” tədbiri.
  • Tələbələrin yekun-hesabat konserti.
  • Bakı şəhərində Opera və Balet teatrında tələbələrin “ Arşın mal alan” musiqili komediyasına baxışı.
  • Tələbələrin Bakı şəhərində “ Təhsil və karyera” sərgisində iştirakı.
  • Tələbələrin əl işləri sərgisi.
  • Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təntənəli iclas və konsert.
  • “Ozan” restoranında müəllim və tələbələrin Yeni il şənliyi.
  • 20 yanvar faciəsinin anım günü.
  • 2 fevral“ Gənclər günü” münasibətilə Tələbə Gənclər təşkilatının tədbiri.
  • Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompazisiya.
  • Bakı Musiqi Akademiyasında “ Gənc qığılcımlar” skripka çalanlar ansamblının konserti.
  • Şəhər Uşaq Evində tələbələrin bayram çıxışı.
  • “Elnur” restoranında “ Novruz” şənliyi.
  • “Muğam dəstgahları” mövzusunda konsert mühazirə .
  • C.Cabbarlı adına Dram teatrının səhnəsində Kollec tələbələrinin iştirakı ilə A.Məmmədovun “ Kişilər” pyesinin tamaşaya qoyulması.
  • H.Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq və konsert .
  • H.Əliyevin anadan olmasının 88- ci ildönümünə həsr olunmuş tələbələrin “ Bilik yarışması”.
  • Şəhər “ Xan bağında” tələbələrin iştirakı ilə “Polad Bülbüloğlunun mahnıları” konserti.
  • “Məzun-2011” tədbiri.
  • Tələbələrin yekun hesabat konserti.
  • 15 sentyabr “ Bilik gününə” həsr olunmuş tədbir.
  • Ü.Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş konsert mühazirə.
  • Azərbaycanın Dövlət Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konfrans.
  • Azərbaycanın Dövlət Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq və konsert.
  • “Tələbə adın mübarək” adlı Tələbə Gənclər təşkilatının tədbiri.
  • Dahi şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər:
  • Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş stend hazırlanmış
  • “Nizami” bədii filminə baxış keçirilmiş
  • “ Nizami Gəncəvinin musiqi dünyası” mövzusunda konsert mühazirə.
  • Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “ Hüquqi dövlətin əsasları” mövzusunda keçirdiyi hüquq olimpiadasında Gəncə Musiqi Kolleci I yerə layiq görülmüşdür. 
  • Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “ Milli musiqi alətləri ifaçılılarının respublika festivalında” Kollec tələbələri diplom və fəxri fərmanlara layiq görülmüşlər.
  • Kollecin tələbələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəqs, şer, mahnı nominasiyaları üzrə zona mərhələsində I yerə layiq görülmüşlər.
  • Kollecin tələbəsi Hakim Əkbərov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəqs, şer, mahnı nominasiyaları üzrə Respublika müsabiqəsində II yerə layiq görülmüşdür.
  • “Şur” instrumental ansamblının “Xan bağında” konsert proqramı ilə çıxışı.
  • “Məzun -2012” tədbiri
  • Tələbələrin Qəbələ şəhərinə ekskursiyası.
  • Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə kollecin müəllim və tələbə heyətinin iştirakı. 
  • 15 sentyabr Bilik gününün qeyd olunması, I kurs tələbələrinə tələbə biletlərinin təntənəli şəkildə təqdim olunması.
  • Dövlət Müstəqilliyi gününə həsr olunmuş təntənəli iclas və konsert.
  • Bayraq gününə həsr olunmuş dəyirmi masa.
  • 12 Noyabr Konstitutsiya gününə həsr olunmuş mühazirə.

Sosial və ictimai fəaliyyət

Musiqiçilik,müəllimlik


1 4
1 5
1 6
1 7
1 8
1 9
1 10
1 11
1 12
1 13
1 14
1 17