Xəbərlər

Ana səhifə » İcra Hakimiyyətinin Başçısı » Gənclər Fondu Gəncə şəhərində gənclərlə görüş keçirib

Gənclər Fondu Gəncə şəhərində gənclərlə görüş keçirib

YAPL6307

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş növbəti tədbir 23 dekabr 2016-cı il tarixində Gəncə şəhərində keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin, Daşkəsən, Tərtər, Goranboy, Göyçay, Ağsu, Göygöl, Samux, Mingəçevir, Ağdam, Yevlax, və Zərdab rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, qonaqları qədim Nizami yurdu Gəncə şəhərində salamlamaqdan məmnun olduğunu bildirib. E.Vəliyev çıxışında qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu da bu siyasətin bir istiqaməti olaraq, öz işləri ilə adından söz etdirməyi bacarıb. Şəhər rəhbəri bu il Fondun fəaliyyətinin 5 ilinin tamam olması münasibətlə Fondun icraçı direktoru başda olmaqla, bütün əməkdaşlarını və gəncləri təbrik edib. Elmar Vəliyev 2016-cı il Gənclər Paytaxtı elan olunan Gəncə şəhərində keçirilən tədbirlərdə də Gənclər Fondunun fəal iştirakı və  dəstəyi üçün Fonda təşəkkürünü bildirib və işlərində uğurlar arzu edib.

Azərbaycan Respublikasının Prezindeti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev dəvət edilən 15 rayon gənclərini salamlayaraq, Fondun bu günə qədər həyata keçirtdiyi qrant müsabiqələrdə yaxından fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib. Fərhad Hacıyev çıxışında qeyd edib ki, Cənab Prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi Azərbaycan prezidenti cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondu yaradılmışdır. Fəaliyyətinin 5 ilində Gənclər Fonduna 7098 layihə daxil olmuş, onlardan 3341-i dəstəklənmişdir. Ötən müddətdə Fond tərəfindən  bugünki görüşdə iştirak edən Gəncə şəhəri üzrə 357, Samux rayonu üzrə 31, Göygöl rayonu üzrə 33, Ağdaş rayonu üzrə 31, Yevlax rayonu üzrə 72, Goranboy rayonu üzrə 30, Tərtər rayonu üzrə 28, Bərdə rayonu üzrə 77, Mingəçevir şəhəri üzrə 187, Naftalan şəhəri üzrə 12, Zərdab rayonu üzrə 32, Ucar rayonu üzrə 37, Göyçay rayonu üzrə 46, Daşkəsən rayonu üzrə 13, Ağdam rayonu üzrə 53 və Laçın rayonu üzrə 7 layihə dəstəklənmişdir.

Tədbirdə millət vəkili Naqif Həmzəyev və Gəncə Şəhər Gənclər və idman baş idarəsinin rəisi Müşfıq Cəfərov çıxış edərək Gənclər Fondunun maliyyə dəstəyi ilə təmsil etdikləri rayonlarda keçirilən layihələr haqqında məlumat verdı, Fondun rayon gənclərinə göstərdiyi diqqət və qayğını vurğuladı və Fonda təşəkkürlərini bildirdilər.

Daha sonra Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində layihə qalibi olmuş Gələcəyə Körpü gənclər ictmai birliyinin sədri Seymur Vəliyev və YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə çıxış edərək Gənclər Fonduna minnətdarlığını bildirmiş və gənclərə müraciət edərək Fonda layihə göndərməyə çağırmışlar.

Sonda Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yekun nitqi söyləyib və Gəncə şəhəri adından Gənclər Fonduna xalça hədiyyə edib.


15589717 1834727576750463 222563359182981376 N
15622749 1834727886750432 5865384310512109362 N
15665842 1834727666750454 8908311018308360175 N
YAPL6241
YAPL6115 (1)