Xəbərlər

Ana səhifə » İcra Hakimiyyətinin Başçısı » “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin bağlanış mərasimi keçirilib

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin bağlanış mərasimi keçirilib

15672681 1833795720176982 2907514575288357302 N

Bağlanış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kutaisi şəhərinin meri Şota Murquliani, Varna şəhərinin meri İvan Portnix, 2017-ci il Avropa Gənclər Paytaxtı Varna şəhər Bələdiyyəsinin rəhbər nümayəndələri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyi, xarici ölkələrin diplomatik nümayəndələri, təşkilat sədrləri, mətbuat nümayəndələri, könüllülər və digər rəsmi qonaqlar iştirak edib.

Dövlət Himinin səslənməsi ilə başlanan tədbirdə Azərbaycanın, o cümlədən Gəncənin mədəniyyəti, qədimliyi, tolerantlığı, multikulturalizmi, əhalisi ilə yanaşı, “Gəncə Avropa Gənclər Paytaxtı 2016″ çərçivəsində həyata keçirilən layihələri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, tədbir iştirakçılarını salamlayıb. Qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Şəhər rəhbəri qeyd edib ki, bu gün gənclər siyasəti Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu siyasət ölkədə uğurla icra olunur. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xüsusi vurğulayan Elmar Vəliyev nitqini Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın gələcəyi, Azərbaycanın gəncləridir” deyimi ilə bitirib.

Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, Gəncənin Avropa Gənclər paytaxtı seçilməsi ilə əlaqədar olaraq Prezidentin Sərəncamı ilə xüsusi tədbirlər planı hazırlanıb və müxtəlif tədbirlər həyata keçirilib. Nazir müavini qeyd edib ki, dövlət siyasətinin əsas istiqaməti gənclərin hərtərəfli inkişafı, cəmiyyətdə müxtəlif sahələrdə iştirak etmələrinə fəal şərait yaradılmasından ibarətdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, ölkədə çox uğurla həyata keçirilən gənclər siyasətində gənclər təşkilatılarının rolu danılmazdır.

Varna şəhərinin meri İvan Portnix iştirakçıları salamlayaraq qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib. Tədbirdə şəhər meri Varna haqqında geniş məlumat verib. Qarşılıqlı əlaqələr nəticəsində bütün sahələrdə inkişafın olacağını qeyd edən İvan Portnix xüsusi vurğulayıb ki, Varna şəhəri qazandığı titulu layiqincə təmsil edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya üçün bir örnəkdir. Dövlətimizin gənclərə diqqəti və qayğısının hər bir sahədə özünü göstərdiyini qeyd edən Fərhad Hacıyev bildirib ki, Azərbaycanın gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir.

Tədbirdə bildirilib ki, cənab İlham Əliyevin tapşırığına əsasən “Gəncə Avropa Gənlər Paytaxtı 2016” çərçivəsində həyata keçirilən layihələrə 9 Nazirlik və 2 Komitə dəstək olub. Bu titulu qazanmaqla şəhərin əldə etdiyi nailiyyətlərdən danışılaraq qeyd edilib ki, Gənclər Evi, Avropa Gənclər Paytaxtı İctimai Birliyinin ofisi, Kitab Evi, Gəncə Avropa Gənclər Paytaxtı Parkı və başqa tikililərin açılması ölkə rəhbərinin Nizami yurduna olan diqqət və qaydısının bariz nümunəsidir.

Tədirin sonunda bu il “Gəncə Avropa Gənclər Paytaxtı 2016″ layihəsinin yüksək səviyyədə təşkil olunmasında gənclər təşkilatlarının, dövlət və biznes qurumlarının, mətbuatın və könüllülərin böyük rolu olması ilə əlaqədar olaraq onlara Fəxri Fərmanlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

 


15578437 1833553186867902 6246106407152428302 N
15578600 1833553130201241 3490254672970396527 N
15589626 1833552873534600 1747333083376488488 N
15590357 1833553083534579 8870616095928337465 N
15621618 1833552973534590 2088859098887607787 N
15621955 1833553030201251 4797783280621575903 N