Xəbərlər

Ana səhifə » İcra Hakimiyyətinin Başçısı » Gəncədə Azərbaycan – Fransa əməkdaşlığına dair I seminar keçirilib

Gəncədə Azərbaycan – Fransa əməkdaşlığına dair I seminar keçirilib

15589542 1833208646902356 6995547158871958673 N

Gəncənin Heydər Əliyev Mərkəzində Fransa regionları və əməkdaşlığa dair I seminar baş tutub. Seminarda Tovuz, Naftalan, Goranboy, Şəmkir, İsmayıllı, Şəki rayon icra hakimiyyəti başçıları və müavinləri, o cümlədən Ukrayna, Moldova, Fransa, Bolqarıstan, Gürcüstan, Meksika, Braziliya, Rusiya, Belarusiya və s. ölkələrdən olan xarici qonaqların iştirak edib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramlarında bu sahənin inkişafına xüsusi önəmin verildiyini, üzümçülük və şərabçılığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu qəbildən olan tədbirlərin keçirilməsi ölkələr arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Həmçinin bu əlaqələr iqtisadi sahənin inkişafına da öz töhvəsini verəcək 

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Konyak şəhəri ilə bu sahədə əməkdaşlıqdan, Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov isə Kolmar şəhəri ilə şərabçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.

Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Konyak şəhərinin meri Mişel Qurenşa, Kolmar şəhəri merinin birinci müavini İvHemedinqer, Bordo şəhər meriyasının Azərbaycan üzrə nümayəndəsi An-Sofi Motyliski bu gün Gəncədə keçirilən və artıq ənənəvi xarakter daşıyan festivalın Azərbaycan-Fransa iş adamları arasında əlaqələrin güclənməsində, qeyri-neft sektorunun ixrac qabiliyyətli sahələrindən olan şərabçılığın inkişafında, bu sahədə təcrübə mübadiləsində əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və Azərbaycanın Fransadı səfiri Elçin Əmirbəyov Fransanın şərabçılıq sahəsində böyük təcrübəyə malik olduğunu qeyd ediblər. Hər iki səfir şərabçılıq kimi ənənəvi sahələrin inkişafının prioritet olduğunu vurğulayıblar.

Seminarda Azərbaycan və Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin mühüm əhəmiyyəti də vurğulanıb.

Fransa regionları və əməkdaşlığa dair I seminar iştirakçılarına sonda xatirə hədiyyələri təqdim olunub.


15590325 1833436753546212 4215009572930453385 N
15542060 1833436696879551 962516898769845877 N
15621939 1833436610212893 5781945165117501965 N