Xəbərlər

Ana səhifə » İcra Hakimiyyətinin Başçısı » Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçirilib

Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçirilib

15541913 1833434960213058 3359930932959613278 N

Festival Gəncə şəhər İcra Hakimiyyətinin, İqtisadi İnkişaf və Sənaye, Kənd Təsərrüfatı, Xarici İşlər nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Festivalın ikinci gününə şəhərin Gəncəçay park bulvarın önündən start verilib. TədbirəAzərbaycan, Fransa, Bolqarıstan, Moldova, Gürcüstan və bir sıra digər xarici ölkələrin şərab istehsalçıları, distribyuterləri və istehlakçıları qatılıblar. Burada yerli və xarici şərab istehsal edən 20-ə yaxın istehsal müəssisəsinin məhsulları nümayiş etdirilib.

Festivala Dədə Qorud dastanından bir parça, Qazan xanın şərab içməsi səhəsini əks etdirən meydan tamaşası ilə başlanılıb. Tamaşa festival iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılanıb. Simfonik orkestrin ifasında Koroğlu uverturası, uşaq bağçaları kollektivlərinin üzüm rəqsi, cizgi filmi qəhrəmanlarının rəngarəng rəqsləri alqışlarla qarşılanıb. Təşkil olunan festivalda yerli və xarici istehsalçılar tərəfindən şərabçılıq məhsullarının təqdimatı olub. Eləcə də ötən gün keçirilən “2-ci Salxım Dequstasiya müsabiqəsinin” qalibləri medal və diplomlarla mükafatlandırılıb. Azərbaycan və xarici şərab istehsalçılarının stendləri ilə tanışlıqdan sonra 4-cü beynəlxalq şərab festivalının Dequstasiya müsabiqəsinin 14 qalibi qızıl, gümüş və bürünc medala layiq görülüb.

Festivalda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Fransa və digər xarici ölkələrin nümayəndələrinin iştirak etdikləri festivalın məramını diqqətə çatdırıb. Bildirib ki, festivalın əsas məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, Azərbaycanın şərab məhsullarının xarici bazarlara çıxarılmasını dəstəkləməkdir.

Fransanın Konyak şəhərinin meri Mişel Qurinçasdan, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Varna şəhərinin meri İvan Partnix festival və ölkəmizlə bağlı yüksək məmnunluqlarını dilə gətiriblər. Bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq və şərab ənənələrini qoruyub saxlamağın vacibliyini vurğulayıblar.

Çıxışlardan sonra festival iştirakçıları nümayiş etdrilən şərabların dadına baxıblar. Gəncənin “Təndir çörəyi” və yerli pendiri də şərablarla yanaşı dequstasiyadan keçirilib. Kulinariya şousunda qonaqlar müxtəlif növ üzümlərin, şirniyyatların, Azərbaycan və Gəncə mətbəxinin ləziz təamlarından dadıblar. Qonaqlar həmçinin rəssamların əl işlərindən ibarət rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri, kollektivlərin rəqs və musiqi nömrələrinə də tamaşa ediblər. Festival iştirakçıları tərəfindən qədim məişət əşyaları, Azərbaycanın adət və ənənələrini əks etdirən güşələr də maraqla qarşılanıb.


15492429 1833434893546398 8796317820631046698 N
15578625 1833434690213085 8499499254091509730 N
15590451 1833434663546421 4052046209905155829 N
15621749 1833434830213071 7458807154459459761 N
15621775 1833434763546411 7910638213480926450 N
15589710 1833434683546419 678929869709526976 N
15622618 1833434666879754 1228256837351133663 N
15665411 1833434863546401 411274666989133794 N