Xəbərlər

Ana səhifə » İcra Hakimiyyətinin Başçısı » Gəncədə ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

Gəncədə ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

15337661 10208258458039353 2331545851923717861 N

Görkəmli dövlət xadimi  Heydər Əliyevin anım günü  ilə əlaqədar dekabr ayının əvvəlindən başlayaraq, şəhərin idarə və müəssisələrində, təhsil, səhiyyə, elm və mədəniyyət ocaqlarında keçirilən silsilə tədbirlər möhtəşəmliyi, məzmun və mahiyyət dolğunluğu  ilə diqqət çəkib.  Bu gün səhər tezdən  ziyalılar, ağsaqqallar,  qadınlar, tələbə-gənclər, şəhərimizin qonaqları axın-axın, əllərində gül-çiçək dəstələri ilə Gəncənin baş meydanına toplaşıblar. Öncə Gəncə şəhər İcra Hakimiyyətinn başçısı Elmar Vəliyev, rəsmi şəxslər  ulu öndərin əzəmətli abidəsi önündə ehtiramla baş əyərək, ürəklərində sevgi və rəğbət duyğuları ilə dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.  Sonra izdiham hərəkətə gələrək, sıra ilə ulu öndərin abidəsi önündən keçiblər. Dünyanın Ən Böyük Azərbaycanlısı dahi Heydər Əliyevə dərin məhəbbət bəsləyən gəncəlilər onun müdrik ideyalarını əməllərində və əqidələrndə yaşadır, ölkəmizin, doğma şəhərimizin inkişafına layiqli töhfələr verməklə əziz xatirəsini əbədiləşdirdiklərini, uca tutduqlarını təravətli gül-çiçək dəstələri ilə ifadə ediblər.

Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ümummilli lider bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi hər zaman böyük minnətdarlıqla xatırlanacaq. Doğma xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə ulu öndəri dünyamiqyaslı siyasi nəhənglərlə müqayisə edirlər.   Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı  böyük əzmlə, şərəflə yerinə yetirib. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan deyib: “ Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dahi Heydər Əliyevin bizə əmanət qoyub getdiyi dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderin  yetirməsi, yaratdığı  güclü siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır. Hər bir azərbaycanlının Prezidenti olduğunu qətiyyətlə bildirən  və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı  fəaliyyəti ilə dönə-dönə sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici  siyasət bir daha sübut edir ki, ulu öndərin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.


15338680 10208258479599892 2742356519981837817 N