Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » “Autizm spektr pozuntuları” mövzusunda seminar

“Autizm spektr pozuntuları” mövzusunda seminar

YAPL8784

Gəncədə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Autizm spektr pozuntuları” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda  YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, “Loqos”  Psixoloji və Nitq İnkişafı Mərkəzinin Gəncə ofisinin direktoru Təranə Məmmədova, psixoloqlar Elmir Əkbər, Çetin Özbek, ali təhsil müəssisələrinin müəllim-tələbə kollektivi iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev  iştirakçıları salamlayaraq, insanların psixoloji sağlamlığının ən önəmli məsələlərdən biri olduğunu bildirib, öz işini Azərbaycan dövlətinin psixologiya sahəsinin inkişafına yönəldilmiş proqramları, ölkə rəhbərinin əhalinin fiziki, mənəvi-psixoloji sağlamlığına dair qərar və göstərişləri əsasında qurmağa çalışan “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin kollektivinə uğurlar arzulayıb.

Təranə Məmmədova seminarın keçirilməsi üçün lazımı şəraitin  yüksək səviyyədə təşkil olunduğuna, onların fəaliyyətinə daim dəstək verildiyinə görə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlığını bildirib. “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin Gəncədəki fəaliyyəti haqqında məlumat verən Təranə Məmmədova Mərkəzə daha çox abituriyentlərin müraciət etdiyini deyib.

Psixoterapevt Elmir Əkbər “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Azərbaycan xalqı üçün göstərdiyi xidmətlərin əvəzsiz olduğunu bildirib. Mərkəzin Azərbaycana ilk dəfə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin vitse-prezidenti Tatya Karavayevanı dəvət etdiyini qeyd edən Elmir Əkbər bildirib ki, Avropa Psixoterapiya və Avropa Psixoloqiya Assosiyasının nümayəndələrinin yaxın zamanlarda Vətənimizə gəlmələri gözlənilir.

Psixoloq Çetin Özbek bədən dili, uşaq psixologiyası, autizmli uşaqlarla rəftar qaydaları barədə danışıb. “Autizm xəstəliyi: yaranma səbəbləri, fəsadları və onunla mübarizə, autizm sindromlu uşaqların cəmiyyətə adaptasiyası üçün nələr etmək lazım olduğundan bəhs edib.

 


15326496 10208235663469503 5742745202507046479 N
13606756 10208235666949590 4108889304439313610 N
15439963 10208235652389226 6187451636403159101 N
15356759 10208235652229222 409329190393120863 N (1)
15326549 10208235673029742 542194794835713202 N
15400444 10208235672389726 5328342493700029636 N