Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Dahi Heydər Əliyev haqqında “Film-Poemanın” təqdimatı

Dahi Heydər Əliyev haqqında “Film-Poemanın” təqdimatı

15327401 10208210802247988 3568829129676544921 N

12 dekabr ulu öndər, bütün mənalı həyatını doğma xalqının xoşbəxtliyinə, Azərbaycanın firavanlığına həsr etmiş dahi Heydər Əliyevin anım günüdür. Ölkəmizin hər yerində ümummilli liderin misilsiz xidmətləri, gələcək nəsillərə örnək olan həyat və fəaliyyəti dönə-dönə yenidən yada salınır, minnətdarlıq və rəğbət hissi ilə xatırlanır. Dünyanın Ən Böyük Azərbaycanlısı Heydər Əliyevin müdrik və zəngin siyasi kursu Şeyx Nizami Yurdu Gəncənin mübariz və vətənpərvər insanları tərəfindən sonsuz sədaqətlə davam etdirilir, onun əziz xatirəsini əbədiləşdirmək üçün şəhərdə mühüm tədbirlər həyata keçirilir. Hər kəsi heyran edən Heydər Əliyev Park Kompleksi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev adına baş meydan, geniş və yaraşıqlı prospekt gəncəlilərin görkəmli dövlət xadiminə dərin məhəbbətinin təzahürüdür.

Bu gün  YAP Gəncə şəhər Təşkilatında dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunmuş “Film- Poema” nın ilk təqdimat mərasimində də ulu öndərə gəncəlilərin, xüsusən gənclərin hörmət və sədaqətinin bir daha şahidi olduq.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbiri  giriş sözü ilə  YAP Gəncə şəhər Təşkilatı ideoloji şöbənin müdiri Hüseyn Budaqov açaraq bildirib ki, müstəqil Azərbaycanın  bu günkü zəfərləri, qüdrətli  yüksəlişi ümummilli lider Heydər Əliyevin müdrik ideyalarının təntənəsidir. Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus dühadır. Dahi şəxsiyyətin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Böyük Heydər Əliyevin zəngin irsi daimidir və əbədidir. Müstəqil Azərbaycan yaşadıqca Heydər Əliyev İdeyaları da daim yaşayacaq.

Tədbir iştirakçıları tərəfindən ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Müstəqil dövlətimizin qurucusu Heydər Əliyev əlçatmaz zirvə olaraq qalacaq. Onun ağıl və düşüncəsi hesabına 25 ildir ki, bayrağımız başımız üzərində dalğalanır və daim dalğalanacaq. Bizim isə, ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizi daim zəfərlərə qovuşdurmaqdır”- Hüseyn Budaqov deyib.

Respublikanın əməkdar artisti Azad Şükürov çıxışında deyib: ” Azərbaycanın XX-ci əsr tarixinin 50 ildən çox bir dövrü Böyük Heydər Əliyevin adı ilə bağlıdır. O, xalqımızın, dövlətimizin xilaskarı, Yeni Azərbaycanın memarı və qurucusudur. Heydər Əliyev kimi fenomen şəxsiyyət haqqında film çəkmək bizim üçün böyük şərəf olmaqla, həm də vətəndaşlıq borcumuzdur. Bilirsiniz ki, ümummilli liderimiz haqqında çox dəyərli əsərlər yazılıb, filmlər çəkilib və nə qədər  yazılsa yenə də azdır.

Azad Şükürov vurğulayıb ki, film şair Nicat Əjdərlinin əruz vəznində yazılmış poeması əsasında Azərbaycanın müxtəlif bölgələrində çəkilib. 10 nəfərdən ibarət yaradıcı heyətin ərsəyə gətirdiyi bu filmin quruluşçu rejissoru Nazim Qurbanov, operatoru Fahir Səmədoğlu, bəstəkarı Azər Hacıhəsənli, montajçısı isə Pərviz Səlimovdur. 12-13 dekabrda film geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov bildirib ki, bugünkü Azərbaycanın iqtisadi inkişafını, sabitliyini qiymətləndirərkən Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Buna görə də, ümummilli liderin ideyaları hər zaman yollarımızı nurlandıracaq, Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək.


15285007 10208210726606097 1677310821110320869 N
15337383 10208210752886754 2781434125070818771 N
15326364 10208210765967081 6943121421327335754 N
15350452 10208210710965706 6699611787261337519 N
15420769 10208210727926130 2927620409216048492 N