Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçiriləcək

Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçiriləcək

14811000536210656010 1000x669

Dekabrın 19-da Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçiriləcək.

Bu barədə  Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, festivalda dünyanın şərabçılıq sahəsində qabaqcıl ölkələrindən olan nümayəndələr iştirak edəcək. Həmçinin Azərbaycanda şərab istehsalı ilə məşğul olan bir sıra istehsal müəssisələri də öz məhsulları ilə təmsil olunacaqlar. Festivalda təqdim olunan şərablar beynəlxalq münsiflər tərəfindən dequstasiyadan keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.