Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Gəncədə referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Gəncədə referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Gence Yap

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif  Həmzəyev çıxış edərək “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyev hələ bu ilin əvvəlində 2016-cı ilin ölkəmizdə dərin islahatlar ili olduğunu vurğulayıb. Cari ildə bir çox istiqamətlərdə ciddi islahatlar həyata keçirilib, ölkənin iqtisadi, siyasi həyatında yeni mərhələyə qədəm qoyulub. Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü İbrahim Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə və başqaları  Konstitusiyaya təklif olunan dəyişiklər barədə öz fikirlərini bölüşüb, xalqımızın bu dəyişiklikləri dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər.

Sonda YAP Gəncə şəhər Təşkilatında 79 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və 7 nəfər “Yeni Azərbaycan” təşəbbüs qrupuna nümayəndə seçilib.


Gence Tq 28.07.2016 1
Gence Tq 28.07.2016 3
Gence Tq 28.07.2016 2
Gence Tq 28.07.2016 4