Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » ‘Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği’ adlı layihə

‘Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği’ adlı layihə

DSC 3263

“Gəncə 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği” adlı layihənin icrasını davam etdirərək dəyirmi masa təşkil edib.

Yığıncağı giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva iştirakçıları salamladıqdan sonra Gəncədə multikulturalizmi ilə bağlı davamlı olaraq tədbirlər keçirilir. Prorektor bu tədbirin Gəncə şəhərində keçirilməsinin heç də təsadüfü olmadığını və Gəncənin dünyada qədim tarixə malik şəhər olmaqla yanaşı, həm də tolerantlığın nümunələrindən biri kimi tanındığını bildirib.

TUMİB-in sədri Çingiz Bayramov çıxışında layihənin məqsədi haqqında məlumat verərək bidirib ki, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan, müxtəlif  xalqların və dini icmaların mehribancasına birgə yaşadığı Gəncə şəhəri bu gün dünyada tolerantlığın mərkəzlərindən biri kimi tanınır. Natiq qeyd etdi ki, çox sevindirici haldır ki, Azərbaycaçılığın təməllərindən biri olan Azərbaycan multikulturalizmi bu gün ümmubəşri bir ideologiya kimi formalaşmaqda və dünyanın bir çox inkişaf etmiş ölkələri tərəfindən öyrənilməkdədir.

Dəyirmi masada Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev, TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə və başqaları çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və Azərbaycan multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsi üçün bu cür tədbirlərin davam etdirilməsinin zəruri olduğunu bildiriblər.

Natiqlər öz çıxışlarında Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin heç də təsadüfi olmadığını və bunun ölkəmizdə dərin tarixi köklərinin olmasını qeyd ediblər.


DSC 3270
DSC 3268