Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » ‘Vətən mənə oğul desə nə dərdim’ adlı layihə çərçivəsində ictimai müzakirə-Gəncədə

‘Vətən mənə oğul desə nə dərdim’ adlı layihə çərçivəsində ictimai müzakirə-Gəncədə

13658965 10207053908326363 3784614656507749087 N

Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi “Vətən mənə oğul desə nə dərdim…” adlı layihə çərçivəsində Milli Qəhrəmanların və vətənpərlik hisslərinin təbliği ilə bağlı ictimai müzakirə keçirib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, politoloq Əhməd Şahidov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinn sədri Turan Məmmədzadə, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri Nihad Allahyarlı, AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu və gənclər iştirak ediblər.

Kənan Məmmədov tədbir iştirakçılarını və qonaqları salamlayaraq, Gəncənin 2016 –ci il Avropa Gənclər Paytaxtı olması ilə belə əhəmiyətli tədbirlərin məhz Nizami yurdunda keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində günü-gündən yeni uğurlara imza atan ölkəmiz, ərazi bütövlüyünü də tez bir zamanda bərpa edəcəkdir.

Fərid Şahbazlı bildirib ki, Vətən uğrundan şəxsi igidlik nümunələri göstərmiş Milli Qəhrəmanlarımız hər bir Azərbaycan gənci üçün nümunədir. Fərid Şahbazlı qeyd edib ki, layihə çərçivəsində maarifləndirici materiallar, internet saytı, video-roliklər hazırlanır. Xüsusi vurğulayıb ki,  ”Vətən mənə oğul desə nə dərdim” adlı layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin Milli Qəhrəmanların geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliği vasitəsilə həyata keçirilməsini hədəfləyir.

Əhməd Şahidov, Fəxrəddin Həsənzadə, Turan Məmmədzadə. Nihad Allahyarlı, Cahid İsmayıloğlu və gənclər Milli qəhrəmanlarımızın təbliğinin, onların geniş ictimaiyyətə tanıdılmasının vacibliyini qeyd ediblər.


13615071 10207053915326538 5800867912665051675 N
13626425 10207053913366489 5207950055813780132 N
13631650 10207053919126633 2758205792165714846 N
13654166 10207053919046631 5588042599948070089 N
13627215 10207053909046381 1363114080724916176 N
13669670 10207053922686722 1435701700666019120 N