Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitabın müzakirəsi

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitabın müzakirəsi

13620885 10207053896646071 3054146851630316075 N

Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin, Yevlax, Mingəçevir şəhər, Goranboy, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər rayon mədəniyyət və turizm şöbələrinin nümayəndə heyətləri, mədəniyyət işçiləri, müəllimlər və ziyalılar iştirak ediblər.

Gəncə şəhər Mədəniyyət və Turizim İdarəsinin rəisi Sənan Hacıyev qonaqları salamlayaraq, 2016-cı il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, bununla bağlı ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də silsilə tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və Azərbaycan multikulturalizm siyasətinin gənclər tərəfindən daha dərindən mənimsənilməsi üçün bu cür tədbirlərin davam etdirilməsinin zəruri olduğunu bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Yadigar Məmmədli qeyd edib ki, Azərbaycanda dövlət siyasətinə çevrilən multikulturalizm iki əsas prinsip – multikultural vətəndaşlıq və konstitusional vətəndaşlıq prinsipləri əsasında qurulub. Vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə multikulturalizm bir fənn kimi ölkə daxilində 26 universitetdə tədris olunur.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşı İbrahim Quliyev “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitabın Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edildiyi diqqətə çatdırıb. Bildirib ki, bu kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab çapa hazırlanır.

Qeyd edək ki, kitabda sovet dövrünə qədər Azərbaycanın şifahi və yazılı ədəbiyyatında multikulturalizmlə bağlı ədəbi-bədii qaynaqlar toplanıb.


13438901 10207053894166009 6018678362927114382 N
13654359 10207053894246011 1258802080417496582 N
13680951 10207053898446116 8024457623376889333 N
13680764 10207053894606020 1671182252010323621 N
13669686 10207053895126033 4023519292540324872 N