Ana səhifə » Mədəniyyət » Mədəniyyət Ocaqları » Heydər Əliyev Xatirə parkı

Heydər Əliyev Xatirə parkı

Ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində
1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində 30 minə yaxın gəncəli təntənəli mitinqə toplaşmışdı. Həmin gün burada ilk ağac əkilərək xatirə parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyəti Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. Parkın ərazisini Baş xiyaban birləşdirir. Baş xiyabanın eni 53 metr, uzunluğu 1400 metrdir. Parkda Azərbaycanın söz ustalarının, dövlət xadimlərinin heykəl və büstləri var. Nizami Gəncəvinin, Məhsətinin, M.Ş.Vazehin, S.Vurğunun və başqa görkəmli şəxsiyyətlərin heykəl və büstləri parka xüsusi yaraşıq verir. M.Ş.Vazehin xatirəsinə həsr edilmiş pano çini qablar zavodunun parka ən yaxşı hədiyyəsidir. Park möhtərəm Prezidentimiz H.Əliyevin adını daşıyır. 1980-ci ildə H.Əliyev parka çinar ağacları əkmişdir.