Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Ana səhifə » İcra Hakimiyyətinin Başçısı

İcra Hakimiyyətinin Başçısı

Elmar Valyev Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı

Elmar Vəliyev
Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı

Elmar Rüstəm oğlu Vəliyev 1960-cı ildə Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olub.

1979-1986 cı illərdə
Azərbaycan Texnologiya Universitetində təhsil alıb,  mühəndis-texnoloq  ixtisasına yiyələnib və 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 2001-ci ildə həmin fakültənin məzunu olub.

1978 ci ildə
Əmək fəaliyyətinə Yevlax şəhəri Yunun İlkin Emalı zavodunda başlayıb və 1979-cu ilə qədər bu müəssisədə maşinist vəzifəsində çalışıb.

1982-1983 cü illərdə
Yevlax şəhər yol tikinti idarəsində təmirçi vəzifəsində çalışıb.

1983 cü ildən
Əmək fəaliyyətini Gəncə Toxuculuq Kombinatında  davam etdirib və 1989-cu ilədək həmin fabrikdə mühəndis vəzifəsində işləyib.

1989-1994 cü illərdə
Ticarət və kooperasiya işçiləri həmkarlar ittifaqının Yevlax rayon təşkilatında təşkilatçı vəzifəsində işləyib.

1990-1995 ci illərdə
Yevlax Şəhər Sovetinin deputatı olub.

1994-2001 ci illərdə
Yevlax Rayon Gömrükxanasının rəisi vəzifəsində çalışıb.

2001-2004 cü illərdə
Azərbaycan Dövlət Gömrük Komitəsində rəis müavini vəzifəsində  işləyib.

2004-2011 ci illərdə
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.


Elmar Vəliyev 13
Elmar Vəliyev 3
Elmar Vəliyev 14
Elmar Vəliyev 2
Elmar Vəliyev 1
Elmar Vəliyev 4
Elmar Vəliyev 5
Elmar Vəliyev 6
Elmar Vəliyev 7
Elmar Vəliyev 8
Elmar Vəliyev 9
Elmar Vəliyev 10
Elmar Vəliyev 11
Elmar Vəliyev 12
Elmar Vəliyev 15
Elmar Vəliyev 16
Elmar Vəliyev 17
Elmar Vəliyev 18
Elmar Vəliyev 19
Elmar Vəliyev 20
Elmar Vəliyev 21
Elmar Vəliyev 22
Elmar Veliyev Rumuniya 2013
IMG 7104
FILE177(1)
Mehseti Gencevi   900 Yubiley Tedbirleri MAY 2013