İcra Hakimiyyətinin Başçısı

Gəncə şəhərinin İcra Başçısı Elmar Rüstəm oğlu Vəliyev tutduğu vəzifəsində göstərdiyi yüksək idarəçiliyə görə yerli əhalinin dərin rəğbətini qazanmışdır.

Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Ana səhifə » Gencler » Qeyri Hökümət Təşkilatları

Qeyri Hökümət Təşkilatları

XXI əsrdə artıq dünyanın inkişaf etmiş ölkələrində Qeyri Hökümət Təşkilatları vətəndaş cəmiyyətinin quruculuğunda aparıcı rol oynayır və cəmiyyətin bir çox problemlərinin həllində insanlara dəstək olur. Azərbaycanda da həm yerli, həm də beynəlxalq QHT-lər uzun illərdir ki fəaliyyət göstərir.

Cəmiyyətdə insanların sosial həyatındakı yaxşı mənalı dəyişikliyə və ictimai həyatdakı fəallığa etdiyi köməkliyə görə ölkədə həm QHT təşkilatlarına həm də fərdi ictimaiyyətçi gənclərə və təşəbbüs qruplarına dövlət dəstəyi göstərilir.

Hər il Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstək Şurası və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu müxtəlif tipli layhələr üçün 7 milyon manatdan çox qrant verir. Gəncə şəhərində də belə QHT-lər illərdir ki, fəaliyyət göstərirlər və hər il şəhərdə əhali üçün çoxlu sayda böyük və kiçik miqyaslı sosial işlər və ictimai tədbirlər həyata keçirirlər.