Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Biznes

Gəncədə biznes fəaliyyəti indi daha əlverişli və gəlir gətirəndir.

Ana səhifə » Bələdiyyələr » Kəpəz Rayon Bələdiyyəsi

Kəpəz Rayon Bələdiyyəsi

Kəpəz Bələdiyyəsi

1999-cu il dekabr ayının 12-də Azərbaycanda ilk dəfə olaraq keçirilmiş bələdiyyə seçkilərində Gəncə şəhərinin Kəpəz rayonunda Kəpəz bələdiyyəsi yaradılmışdır.

2009-cu ilin dekabr ayının 23-də çoxmandatlı seçki əraziləri üzrə keçirilən 3-cü Çağırış Bələdiyyə seçkilərində Gəncə şəhərinin Kəpəz rayonunda yerli özünüidarəni həyata keçirən Kəpəz bələdiyyəsinə 19 nəfər bələdiyyə üzvü seçilmişdir. Onların 19 nəfəri də ali təhsillidir, 4 nəfəri qadındır. Siyasi mənsubiyyətinə görə 11 nəfəri YAP, 1 nəfəri BAXCP, 1 nəfəri VHP üzvüdür, 6 nəfəri bitərəfdir.

Kəpəz bələdiyyəsinin inzibati hüdudları Hacıkənd qəsəbəsi istisna olmaqla Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. Bələdiyyənin ərazisi şəhərin Baş planında nəzərdə tutulan perspektiv inkişafa əsasən 57,5 kv.kilometr, faktiki isə 48,92 kv.kilometr təşkil edir. Ərazidə Məhsəti, Sadıllı, Şıxzamanlı, Cavadxan və Natəvan adlanan 5 qəsəbə mövcuddur.

Bələdiyyə ərazisində yaşayan əhalinin sayı 173501 nəfərdir. Onlardan 750 nəfəri məcburi köçkün, 279 nəfəri şəhid ailəsi, 250 nəfəri Qarabağ əlili, 270 nəfəri Çernobıl əlili, 7 nəfəri Böyük Vətən Müharibəsi iştirakçısı və 200 nəfəri arxa cəbhədə fədakar əməyinə görə fərqlənənlərdir.

Bələdiyyənin yerləşdiyi Kəpəz rayonu əsasən sənaye rayonu olmaqla, burada 20 sənaye, 10 tikinti quraşdırma, 6 rabitə müəssisəsi fəaliyyət göstərir.

Ərazidə 1 ali, 1 orta-ixtisas, 25 orta ümum təhsil, 32 məktəbəqədər tərbiyyə müəssisəsi, 3 peşə liseyi, 16 səhiyyə ocağı, 6 mədəniyyət evləri əhaliyə xidmət göstərir.

Kəpəz bələdiyyəsində 6 daimi komissiya, 45 nəfərdən ibarət icra aparatı, ərazidə 23 məhəllə komitəsi fəaliyyət göstərir.

Fəaliyyəti dövründə bələdiyyə ərazisində abadlıq təmizlik, bərpa-təmir və yaşıllaşdırma tədbirlərinin aparılması, sakinlərə göstərilən sosial və kommunal xidmətlərinin yaxşılaşdırılması, yerli ekoloji problemlərin həllinə beynəlxalq təşkilatların cəlb edilməsi, bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi Kəpəz bələdiyyəsinin